MASALLI, 19 aprel. TELEQRAF

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qəza gecə saatlarında Masallı şəhərinin Seybətin küçəsində qeydə alınıb.

Masallı rayon sakini, 18 yaşlı Məsləhət Cabbarovun idarə etdiyi “BMW” markalı avtomobil hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Cabbarov Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Gənc aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.