AĞDAM, 18 aprel. TELEQRAF
Ağdamda baş verən bədbəxt hadisənin bəzi təfərrüatı məlum olub.
Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, bədbəxt hadisə rayonun Qaradağlı kəndində yerləşən Ağdam Dövlət Sınaq Məntəqəsində baş verib.
Ağdam rayon Zəngişalı kənd sakini 25 yaşlı Mahmudlu Hikmət Sadiq oğlu məntəqə müdürü işləyən atası Sadiq Mahmudova müəssədə olan texnikanı sınaq etmək üçün kömək etməyə gəlib. Hadisə də elə bu vaxt baş verib.
Qeyd edək ki, mərhumun atası Sadiq Mahmudov müəssədə müdür vəzifəsində çalışır.
Faktla bağlı araşdırma davam etdirilir
***
20:01
Ağdamda 25 yaşlı oğlan ehtiyatsızlıqdan ölüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Zəngişalı kəndi ərazisində baş verib.
Rayon sakini 2001-ci il təvəllüdlü Mahmudlu Hikmət Sadiq oğlu iş görən zaman ehtiyatsızlıqdan traktora qoşulu torpaq əzən texnika işə düşərək ona xəsarətlər yetirib.
Baş vermiş hadisə nəticəsində H.Mahmudlu həyatını itirib.
Faktla bağlı araşdırma başlanıb