GƏNCƏ, 5 aprel. TELEQRAF

Gəncə Birləşmiş Uşaq Xəstəxanasında bir yaşlı körpə tibbi müdaxilə zamanı vəfat edib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2025-ci il təvəllüdlü A.S. yüksək hərarətlə xəstəxanaya çatdırılıb.

Məlumata görə, körpəyə infuzion terapiya ("sistem") tətbiq edilərkən vəziyyəti qəfil pisləşib və o, dünyasını dəyişib.

Körpənin ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Hazırda faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.