BAKI, 5 aprel. TELEQRAF
Aprelin 5-də Şəmkir rayonu ərazisində Ramal Quliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şəmkir rayon prokurorluğundan Teleqraf-a verilən məlumata görə, araşdırma zamanı yetkinlik yaşına çatmayan şəxs tərəfindən rayonun Kür qəsəbəsi ərazisində Ramal Quliyevin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Yetkinlik yaşına çatmamış rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
09:47
ŞƏMKİR, 5 aprel. TELEQRAF
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılaraq istintaqa verilib.
Faktla bağlı araşdırmalar davam edir.