BAKI, 4 aprel. TELEQRAF
Aprelin 1-də saat 13:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır vəziyyətdə hospitalizasiya olunan 2010-cu il təvəllüdlü şəxsin (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, bu gün saat 06:30 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Qeyd edilib ki, ağır kəllə-beyin travması, baş-beynin əzilməsi, ikitərəfli pnevmotoraks və dalağın cırılması diaqnozları təyin olunan pasiyent üzərində splenektomiya (dalağın götürülməsi) əməliyyatı icra olunmuşdu.
***
11:46
Sumqayıt şəhərində yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 3-cü məhəlləsində yerləşən yaşayış binalarından birində qeydə alınıb.
Məlumata görə, Sumqayıt şəhər sakini, 2010-cu il təvəllüdlü İsayeva Fəxriyyə Emin qızı yaşadığı binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.
Ağır vəziyyətdə xəstəxanaya aparılan qız dərhal tibb müəssisəsinə yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, o, hadisədən üç gün sonra xəstəxanada vəfat edib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.