GƏNCƏ, 3 aprel. TELEQRAF

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Əttarlar küçəsi ilə Nizami prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, Kia markalı avtomobil idarəetmədən çıxaraq mağazaya çırpılıb.

İlkin məlumata əsasən, qəzaya səbəb yüksək sürət olub.

Bildirək ki, hadisənin baş verdiyi ərazi Gəncənin ən sıx avtomobil hərəkəti olan yerlərindən biridir. Həmin ərazidə bazar da fəaliyyət göstərir.

Faktla bağlı araşdırma aparılır.