SİYƏZƏN, 1 aprel. TELEQRAF

Siyəzən sakini dəm qazından zəhərlənərək ölüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, şəhər sakini, 59 yaşlı Sevda Ziyad qızı Zeynalovanın meyiti yaşadığı evin hamam otağında tapılıb.

İlkin baxış zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.

Məlumata əsasən, qadının dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.