BAKI, 1 aprel. TELEQRAF

Bakının Nizami rayonunda gözəllik salonlarının birindən məişət əşyalarının talanması barədə polisə məlumat daxil olub.

Teleqraf-ın xəbərinə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotik və oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 33 yaşlı M.Məmmədrəhimov müəyyən edilərək saxlanılıb.

Nəsimi rayonu ərazisində isə dələduzluq, eləcə də marketlərdən oğurluq etməkdə şübhəli bilinən 28 yaşlı E.Alıyev, 32 yaşlı A.Manafov, 48 yaşlı R.Nəsirov və 57 M.Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb.