BAKI, 31 mart. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 30-da ümumi çəkisi 64,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 58,1 kiloqrama yaxın marixuana, 4,6 kiloqramdan çox həşiş, 1,1 kiloqrama yaxın tiryək, 400 qramdan çox heroin və metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.