BAKI, 29 mart. TELEQRAF
Azərbaycanda dələduzluq edən şəxslərin tutulması istiqamətində tədbirlər görülür.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının martın 28-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.