LAÇIN, 28 mart. TELEQRAF
Laçında yüksək dağlıq zonalara qar yağıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yağıntı xüsusilə rayonun Dəli dağ adlanan yüksəkliyində daha intensiv müşahidə olunub.
Məlumata görə, gecə saatlarından başlayan qar səhər saatlarınadək davam edib.