BAKI, 28 mart. TELEQRAF
KƏLBƏCƏR, 28 mart, TELEQRAF
Kəlbəcər rayonunda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun İstisu ərazisində qeydə alınıb.
İlkin məlumata görə, "Amazon" şirkətinə məxsus "Hovo" markalı yük maşınının aşması nəticəsində sürücü, Göyçay sakini Tural İsmayılov (1987) və sərnişinlər, Kəlbəcər sakinləri Vüsal Məhərrəmov (1984), Elvin İsmayılov (1995) ölüb.