LƏNKƏRAN, 28 mart. TELEQRAF
Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Lerik magistralında, rayonun Şağlaküçə kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Toyota Prius" və "Opel" markalı avtomobillər toqquşması nəticəsində Xarxatan kənd sakinləri – 1997-ci il təvəllüdlü Mirşamil Namiq oğlu Hüseynzadə və Mirabidin Asəf oğlu Məmmədzadə, Şovu kənd sakinləri – 2005-ci il təvəllüdlü Aydan Eldar qızı Alxaslı və 2004-cü il təvəllüdlü Elgün Cavad oğlu Məmmədli, həmçinin Rvo kənd sakini 2005-ci il təvəllüdlü Fərid Mübariz oğlu Ələsgərli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib, onlara zəruri ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.