GƏNCƏ, 28 mart. TELEQRAF

Gəncədə iki avtomobilin toqquşması nəticəsində piyada da xəsarət alıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin V. Xuluflu küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Elnarə Şahbazova idarə etdiyi "KİA" markalı avtomobillə Anar Sadıxlının idarə etdiyi "Chevrolet" markalı maşınlar toqquşub. Qəza zamanı E. Şahbazova idarəetməni itirib və yolla hərəkət edən 1985-ci il təvəllüdlü Nəsibə Alıhüseynliyə çırpılıb. Nəticədə qadın sürücü və piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. Onların vəziyyəti kafidir.

Faktla bağlı araşdırma başlanılıb.