BAKI, 27 mart. TELEQRAF

ZAQATALA. 27 mart. TELEQRAF

Zaqatala rayonunda bədbəxt hadisə baş verib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, rayonun Yuxarı Tala kənd sakini, 1976-cı il təvəllüdlü İlham Davudov sərxoş vəziyyətdə yaşadığı evdə ehtiyatsız davranış nəticəsində ağır xəsarət alıb.

Belə ki, o, evin pəncərəsinə təpik vurub, nəticədə qırılan şüşə ayağının topuq nahiyəsini kəsib.

Hadisə zamanı baş verən güclü qanaxma səbəbindən İ. Davudovun vəziyyəti ağırlaşıb. O, dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.