Şəhərin Yeni Gəncə yaşayış massivində baş verən yanğın zamanı ölən şəxsin kimliyi məlum olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Əlkbər Seyfi küçəsində qeydə alınıb. İlkin məlumata görə, fərdi yaşayış evinin bir hissəsi yanıb. Ev sahibi, 1960-cı il təvəllüdlü Zaur Məmmədov tüstüdən zəhərlənərək ölüb. Hazırda alov söndürülüb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

10:49

GƏNCƏ, 26 mart. TELEQRAF

Gəncədə yaşayış evində yanğın olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər tüstüdən zəhərlənərək ölüb.