BAKI, 25 mart. TELEQRAF

SUMQAYIT, 25 mart. TELEQRAF

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. İlkin məlumata əsasən, “Kia” və BMW markalı minik avtomobilləri hərəkətdə olarkən toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Yaralılar əraziyə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır, qəzanın baş vermə səbəbləri müəyyənləşdirilir.