BAKI, 24 mart. TELEQRAF
Kolumbiyada Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı 66 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə "Caracol" telekanalı hərbçilərə istinadən məlumat yayıb. Bildirilir ki, qəza Puerto-Leqisamo bölgəsində baş verib.
Məlumata əsasən, son məlumatlara görə, 57 nəfər yaralanıb, bir nəfər isə xəsarət almayıb.
Qeyd olunur ki, qəzaya uğrayan “Herkules” tipli təyyarədə 100-dən çox hərbçi olub.
Kolumbiyanın müdafiə naziri Pedro Sançes bildirib ki, qəza təyyarənin ölkənin cənubunda havaya qalxması zamanı baş verib.