ŞƏMKİR, 23 mart. TELEQRAF
Şəmkir rayonunda dava nəticəsində iki nəfər xəsarət alıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb. 1994 cü il təvəllüdlü Güləddin Həmzəyev və onun anası 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, hadisəni onların həmkəndlisi Niyaməddin adlı şəxs törədib. Davaya səbəb tərəflər arasındakı pul borcu olub.
Dava zamanı G. Həmzəyevə məxsus "VAZ 2106" markalı maşın da əzilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində təbirlər görülür.