BAKI, 22 mart. TELEQRAF

Sakit okeanın cənubunda yerləşən Samoa sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri arxipelaqdan 221 km cənub-qərbdə, 218 mindən çox insanın yaşadığı yerdə, ocağı isə 29 km dərinlikdə yerləşib.

Dağıntı barədə məlumat yoxdur və sunami təhlükəsi elan olunmayıb.