KÜRDEMİR, 22 mart. TELEQRAF
Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə rayonun Çöl-Ərəb kəndində qeydə alınıb.
İlkin məlumata görə, 2019-cu il təvəllüdlü Hüseynov Hidayət Sahil oğlu yolu keçmək istəyərkən "VAZ-2107" markalı avtomobil onu vurub. Qəza zamanı azyaşlı ağır xəsarətlər alıb.
Yaralı dərhal təcili tibbi yardım vasitəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.