MİNGƏÇEVİR, 20 mart. TELEQRAF
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində qeydə alınıb.
İlkin məlumata görə, "BMW" və "Opel" markalı avtomobillərin toqquşması zamanı "Opel"in sürücüsü, 1991-ci il təvəllüdlü Hüseynov Elçin Elxan oğlu və bir kişi sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki yaralı təcili xəstəxanaya çatdırılıb. Sürücünün vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Məlumata görə, yaralılardan biri qazidir.
Faktla bağlı araşdırma başlanıb.