QAX, 21 mart. TELEQRAF
Qaxda bədbəxt hadisə qeydə alınıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, şəhər sakini, 1972-ci il təvəllüdlü Cəfərov Elxan Sabir oğlu yaşadığı mənzildə hamam otağında yıxılaraq dünyasını dəyişib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.