GÖYGÖL, 21 mart. TELEQRAF

Göygöl rayonunun Üçtəpə kəndində qaz balonunun partlaması nəticəsində xəsarət alan şəxsə zəruri tibbi yardım göstərilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində 1965-ci il təvəllüdlü Maarif Yolçuyev üz nahiyəsinin və əllərinin yanığı xəsarətləri ilə xəstəxanaya müraciət edib. Yaralıya dərhal ilkin tibbi yardım göstərilib. Tibbi müayinələrdən sonra vəziyyəti kafi qiymətləndirilən M.Yolçuyev ambulator müalicə üçün evə buraxılıb.

Zərərçəkmiş bildirib ki, partlayış qaz balonunun partlaması nəticəsində yaranıb. Hazırda vətəndaşın vəziyyətinin yaxşı olduğu bildirilir.

***

14:08

Göygöl rayonunda evdə partlayış olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Üç Təpə kəndində qeydə alınıb.

Belə ki, partlayış zamanı 1965-ci il təvəllüdlü Marif Yolçuyevin yaşadığı evdə yanıq xəsarətı alıb.

Yaralı Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. İlkin məlumata görə, evdə qaz balonu partlayıb.

Faktla bağlı araşdırma aparılır.