AĞDAŞ, 20 mart. TELEQRAF

Ağdaşda ölümlə nəticələnən yol qəzası olub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Yuxarı Nemətabad kəndi yaxınlığında baş verib.

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1995-ci il təvəllüdlü sürücü Elvin Məmmədov və 2005-ci il təvəllüdlü Nigar Məlikova xəsarət alıblar.

1989-cu il təvəllüdlü Anar Məmmədov isə aldığı xəsarətlərdən vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.