GƏNCƏ, 20 mart. TELEQRAF
Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1984- cü il təvəllüdlü Vüsal Məmmədov və 2005 ci il təvəllüdlü Aytən Niftəliyeva şəhərin xəstəxanalarından birinə yerləşdirilib. Hər iki yaralıya tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.