GƏNCƏ, 19 mart. TELEQRAF

Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, piyadalar müxtəlif saatlarda başqa avtomobillərlə vurulub.

1991-ci il təvəllüdlü Əli Abbasov və 2006- cı il təvəllüdlü Selcan-Xatun Həsənova Gəncədə yerləşən tibb müəssisələrindən birinə gətiriliblər. Həmin şəxslərə tibbi yardım göstərilib, müalicələri davam edir.