ABŞERON, 19 mart. TELEQRAF

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, qəza Xırdalan şəhərində, Heydər Əliyev prospekti ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 1994-cü il təvəllüdlü Ramin Nurəddin oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən yol kənarında dayanmış yük avtomobilinə çırpılıb.

Toqquşma nəticəsində motosikletçi aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində həyatını itirib.

Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qəzanın baş vermə şəraiti və səbəbləri müəyyənləşdirilir.