SUMQAYIT, 19 mart. TELEQRAF
Sumqayıt şəhərində istehsalat qəzası baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin “Kimyaçılar” yaşayış massivi ərazisində yerləşən zavodlardan birində qeydə alınıb.
Müəssisədə sürücü işləyən 1994-cü il təvəllüdlü Cahangir Hüseynov idarə etdiyi avtokarla zavodda usta vəzifəsində çalışan 1964-cü il təvəllüdlü Nəzakət Şahmuradovanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Nəzakət Şahmuradova xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.