SUMQAYIT, 18 mart. TELEQRAF
Sumqayıt şəhərində dəm qazından ölüm hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Sülh prospektində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Məlumata görə, 1987-ci il təvəllüdlü Xəyalə Əzizbəy qızı Kərimova yaşadığı evdə dəm qazından zəhərlənib.
Onun meyiti yaşadığı evdə aşkarlanıb. İlkin ehtimallara görə, qadın qaz sızması nəticəsində zəhərlənərək həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.