BAKI, 17 mart. TELEQRAF
Bakıda fəaliyyət göstərən “Öz geyim” mağazalar şəbəkəsinin sahibi Şamil Qədirov ölüb.
Teleqraf-ın məlumatına görə, fərdi sahibkarın yaşadığı ünvanda meyiti tapılıb.
Əslən Salyan rayonundan olan Ş.Qədirov ailəli idi, iki azyaşlı övladı var.
İş adamının ölümü ilə bağlı araşdırma aparılır.