MİNGƏÇEVİR, 17 mart. TELEQRAF
Mingəçevirdə qəfil kökündən qopan ağac elektrik naqillərinin üzərinə aşıb .
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə az öncə şəhərin Əliağa Vahid küçəsində baş verib.
İri gövdəli ağac elektrik xəttini də qıraraq yola düşüb.
Elektrik xəttinin qırılması nəticəsində ətraf qaranlığa bürünüb.
Hadisə yerinə aidiyyati xidməti qurumun əməkdaşları çağırılıb.