BAKI, 16 mart. TELEQRAF

GƏNCƏ, 16 mart. TELEQRAF

Gəncədə avtomobil yanıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Depo qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, "ZAZ 1102" Tavriya markalı avtomobil tamamilə yanaraq sıradan çıxıb. Hadisə yerinə iki yanğın söndürən avtomobil və 15-ə yaxın canlı qüvvə cəlb edilib. Edilən müdaxilə nəticəsində yanğın söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.