SUMQAYIT, 16 mart. TELEQRAF

Sumqayıtda müəssisədə ölüm hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 76-cı məhəlləsi ərazisində “Bismak Qida Sənaye Kompleksi”ndə qeydə alınıb.

Məlumata görə, müəssisədə qazanxana operatoru çalışan 1966-cı il təvəllüdlü Babayev Mahir Habil oğlu iş vaxtı qəfil vəfat edib.

Hadisə barədə məlumat verildikdən sonra əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün müvafiq qaydada təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.