BAKI, 16 mart. TELEQRAF
Bakıda avtomobil 50 yaşlı kişini vuraraq öldürüb.
Teleqraf xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
2001-ci il təvəllüdlü Əbil Səmədli idarə etdiyi “Az Samand” markalı avtomobil ilə hərəkətdə olarkən yoldan keçən piyada 1976-cı il təvəllüdlü Hikmət Məlikovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.