AĞCABƏDİ, 15 mart. TELEQRAF

Dünən saat 22:00 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3-ü kişi, 1-i qadın) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

***

10:16

Ağcabədidə baş verən qəza zamanı 4 nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayonun Rəncbərlər kəndi ərazisində baş verib.

Belə ki, Mehralızadə Saya Vüsal oğlunun idarə etdiyi "Chevrolet" markalı 77 EH 053 dövlət nömrəli avtomobil İsmayılov Rövşən Sərdar oğluna məxsus "VAZ"2106 markalı avtomobillə toqquşub. Zərbənin təsirindən "VAZ" markalı avtomobil yol kənarındakı dərəyə aşıb. Nəticədə "VAZ"ın sürücüsü R.İsmayılov onun sərnişini Məmmədov Eldəniz Əbülfət oglu və "Chevrolet"-in sürücüsü S.Mehralızadə sərnişini 1996-cı il təvəllüdlü Mehralıyeva Gülüm İxtiyar qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.