MİNGƏÇEVİR, 12 mart. TELEQRAF
Mingəçevirdə maşın yolu keçmək istəyən iki piyadanı vurub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Ü.Hacıbəyov və Rəsul Rza küçələrinin kəsişməsində baş verib.
İlkin məlumata görə, "Mercedes" markalı avtomobil yolu keçmək istəyən kişi və xanım piyadanı - 42 yaşlı Tamis Əliyev və 37 yaşlı Aygün Məmmədovanı vurub.
Hər iki yaralı təcili xəstəxanaya çatdırılıb.
Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma başlanıb.