CƏLİLABAD, 10 mart. TELEQRAF

Cəlilabad rayonunda üzərində xəsarət izi olan meyit aşkarlanıb.

Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

Meyitin kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna məxsus olduğu müəyyən edilib.

İlkin məlumata əsasən, mərhumun ürək nahiyəsində xəsarət izi aşkarlanıb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.