SUMQAYIT, 10 mart. TELEQRAF
Saray qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə qəsəbənin “Yeni yol” adlanan ərazisində baş verib.
Məlumata görə, hərəkətdə olan “Az samand” markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.
Zərbənin təsirindən ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.
Əraziyə polis əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.