MİNGƏÇEVİR, 9 mart. TELEQRAF

Mingəçevirdə evdə kişi meyiti aşkarlanıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Müşfiq Rəhimov küçəsindəki evlərdən birində qeydə alınıb.

1960-cı il təvəllüdlü şəhər sakini Əli Kərimovun yaşadığı evdə meyiti aşkarlanıb.

Ölümün səbəbləri araşdırılır.

Qeyd edək ki, Əli Kərimov vaxtilə 18 saylı məktəbdə idman müəllimi işləyib. Xanımı bir neçə il öncə sirkə içərək intihar edib.

Kərimovların bir qız və tüfeyli həyat sürən bir oğlu var.