BAKI, 9 mart. TELEQRAF
Gəncə şəhərində kafedə yanğın hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Abbas Səhhət küçəsində yerləşən obyektlərdən birində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 100 kvadratmetr olan obyektin demək olar ki, bütün yanar konstruksiyaları alovlanıb. Hadisə yerinə iki yanğınsöndürən avtomobil və 15-ə yaxın canlı qüvvə cəlb olunub.
Yanğın qısa müddətdə söndürülsə də, obyekt içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.