BAKI, 8 mart. TELEQRAF
Goranboy rayonunda dəm qazından ölüm faktı qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Goran qəsəbəsə sakini 1995-ci il təvəllüdlü Gülşəm Məmmədova yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Qadının meyiti yaxınları tərəfindən aşkar edilib.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.