MİNGƏÇEVİR, 8 mart. TELEQRAF
Mingəçevir şəhərində mənzildən kişi meyiti aşkarlanıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Energetiklər yaşayış massivi, Abdulla Şaiq küçəsi 5 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb.
Meyiti tapılan şəxsin Bakı sakini, əslən Naxçıvandan olan Zabir Quliyev olduğu müəyyən edilib. Məlumata görə, subay olan Z.Quliyev Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissələrdən birində xidmət edirmiş. O, binanın dördüncü mərtəbəsində yerləşən mənzildə kirayə yaşayırmış.
İlkin müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. Hazırda ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin olunub.
Faktla bağlı araşdırma aparılır.