BAKI, 7 mart. TELEQRAF

"7 mart tarixində təqribən saat 17:00 radələrində Moskva şəhərində yerləşən "Columbus" ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə baxılmamış və bu zaman əsas yol ilə gələn avtomobil Səfirliyin diplomatik nömrəli avtomobilini arxadan vurub".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin yaydığı məlumatda qeyd olunub.

"Beləliklə avtomobil inersiya nəticəsində Prajskaya metrosunun çıxışının giriş qapılarının birinə dəyib. Döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılıb. Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almayıb. Avtomobili diplomatın həyat yoldaşı idarə edib" - məlumatda bildirilir.

***

22:59

Moskvada Azərbaycana səfirliyinə məxsus "Kia Sportage" markalı avtomobil "Prajskaya" metro stansiyasının girişinə çırpılıb.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində stansiyanın girişindəki şüşə qapılar sınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Sürücünün vəziyyəti barədə hələlik məlumat verilməyib.

Moskva metropoliteninin mətbuat xidmətindən verilən məlumata görə, qəza zamanı yaxın məsafədə sərnişin olmayıb.