BAKI, 3 mart. TELEQRAF

Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 298 kiloqram 299 qram narkоtik vasitə və 2990 ədəd narkotik tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.