SUMQAYIT, 2 mart. TELEQRAF

Bu gün Bakı-Quba avtomobil yolunda avtokran dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb.

ADY-dən Teleqraf-a bildirilib ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

***

Sumqayıt ərazisində dəmir yolu xəttində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Hadisə Bakı–Quba magistralının şəhərdən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan qatar dəmir yolu keçidindən keçmək istəyən “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Zərbənin təsirindən yük maşını aşaraq yol kənarına düşüb.

Nəticədə avtomobilə ciddi maddi ziyan dəyib. Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

Hadisənin başvermə şəraiti və səbəbləri ilə bağlı araşdırma aparılır.