BAKI, 1 mart. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Gəncə şəhəri, Eminbəyli küçəsində 3 yaşlı uşağın barmaqlarının dəmir qapı ilə çərçivəsi arasında qalması və təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrlə uşağın barmaqlarını dəmir qapıdan çıxararaq xilas ediblər.