BAKI, 28 fevral. TELEQRAF

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonu ərazisində sursat aşkarlanıb.

Teleqraf-ın xəbərinə görə, Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşları Salyan rayonun Xıdırlı kəndi ərazisində xidmət aparan zaman Şirvan su kanalının sahilində partlamamış mərmi aşkarlayıblar.

Sursatın tapıldığı yerin ətrafında əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Mərmi təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb və aidiyyatı üzrə təhvil verilib

Araşdırma aparılır.