BAKI, 28 fevral. TELEQRAF
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Tədbirlə saxlanılan əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Cəlal Nurullayevdən 5 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb
Faktla bağlı cinayət işi başlanılıb, C.Nurullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.