BAKI, 28 fevral. TELEQRAF
Bakının Nizami rayonunda evdən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, rayon ərazisində yerləşən mənzillərin birində ev sahibinin olmamasından istifadə edən naməlum şəxs içəri daxil olaraq 6000 manat dəyərində məişət əşyalarını talayıb.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Salahov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, rayon sakininə məxsus “VAZ-2106” markalı avtomobildən 2800 manat nağd pul və maqnitofon oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı O.Soltanov müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.